Hollandiya səfərdə, Estoniya evdə qazandı
08.06.2013 - 01:01
Hollandiya səfərdə, Estoniya evdə qazandı
DÇ-2014-ün seçmə mərhələsi ilə yanaşı bir neçə milli komandalar yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, 4 qarşılaşmada qapılara 15 top vurulub.

Belə ki, Hollandiya yığması səfərdə İndoneziyanın qonağı olub. Cakartada baş tutan oyunda “narıncılar” 0:3 hesabı ilə qələbə qazanıb.

Estoniya isə Tallində Trinidad və Tobaqo ilə üz-üzə gəlib. Bu görüşdə Avropa təmsilçisi rəqibini tək qolla üstələyib.

Digər oyunlarda isə Qazaxıstan Bəhreyni, Sinqapur Laosu məğlub edib.

Yoldaşlıq oyunları
7 iyun


İndoneziya – Hollandiya – 0:3
Estoniya - Trinidad və Tobaqo – 1:0
Bəhreyn – Qazaxıstan – 1:3
Laos - Sinqapur – 2:5