“Qarabağ”ın oyunçuları son dəqiqələrdə üzüldü
08.06.2013 - 03:31
“Qarabağ”ın oyunçuları son dəqiqələrdə üzüldü
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Albaniya milli komandası Norveç yığması ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, matçda azarkeşlər iki qola şahidlik edib.

Belə ki, hərəyə bir dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb.

Bu görüşdə “Qarabağ”ın futbolçuları - müdafiəçi Admir Teli və yarımmüdafiəçi Ansi Aqolli də meydanda mübarizə aparıblar. Hər iki oyunçu meydana start heyətdə daxil olub.

Qeyd edək ki, Albaniya hesabda irəli olmasına baxmayaraq, sona 3 dəqiqə qalmış üstünlüyünü əldən verib.