Fabio Kapello: Rusiya məğlubiyyətə layiq deyildi
08.06.2013 - 04:00
“Komandam yaxşı matç keçirdi. Futbolçularım məğlubiyyətə layiq deyildilər. Heç-heçə ədalətli nəticə olardı. Amma biz bu məğlubiyyəti qəbul edirik və borcumuzu da yerinə yetirib, evə qayıdırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib.
İtaliyalı çalışdırıcı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya yığmasına 1:0 hesabı ilə məğlub olmalarına şərh verib: “Qapımızdan buraxdığımız qolda Kombarovun səhvi varmı? Xeyr, burada heç kəsin şəxsən günahı yoxdur. Sadəcə, bir az ayıq olmaq lazım idi. Belə qolları müqayisə etmək çətindir. Futbolda hər şey olur. Komanda yaxşı da oynaya bilər, pis də. Biz güclü rəqibə qarşı oynayırdıq. Bu yoldaşlıq matçı deyildi, ona görə də təəccüblənəsi heç nə yoxdur. Oyunun əvvəlində belə alındı. Sonra biz daha yaxşı oyun nümayiş etdirdik. Matçdan sonra paltardəyişmə otağında uşaqlara təşəkkür etdim və onları təriflədim. Hakimlərə gəldikdə, onların qərarlarını müzakirə etmək istəmirəm. Bəzən o sənin xeyrinə qərarlar verir, bəzən də rəqibin”.
Qeyd edək ki, bu komandalar millimizlə eyni qrupda yer alırlar.

0
0