“Qarşımızda ləyaqətli rəqib mübarizə aparırdı”
08.06.2013 - 04:36
“Bəzi epizodlarda çox yaxşı oynadıq, bəzilərində isə pis çıxış etdik. Bunu da unutmaq olmaz. Axı qarşımızda ləyaqətli rəqib mübarizə aparırdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər Portuqaliya milli komandasının baş məşqçisi Paulu Bentuya məxsusdur.
Təcrübəli mütəxəssis DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində evdə Rusiya yığmasına minimal hesabla qalib gəlmələrini dəyərləndirib: “Hesab edirəm ki, 90 dəqiqəlik mübarizədə biz qələbəyə daha layiq idik. Bu görüşdə qalib gəlmək çox önəmli idi. Heç olmasa dünya çempionatına getmək üçün şanslarımızı saxlayacaqdır. Biz bunu bacardıq. İndi Şimali İrlandiyaya qarşı növbəti matça hazırlaşmaq olar. Komandamızı güclü dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Onlar özlərini çox ləyaqətli apardılar. Futbolçularım sürətli qol vurmağı bacardı, sonra müvafiq olaraq müdafiədə oynamaq lazım idi. Bütövlük də, biz ağıllı oynadıq”.

0
0