Robbi Kin het-trik etdiyi matçda rekord qırdı
08.06.2013 - 06:32
“Los-Anceles Qalaksi”nin hücumçusu Robbi Kin İrlandiya milli komandasının heyətində rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı forvard DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Farer adaları ilə görüşdə ölkəsinin formasını 126-cı dəfə geyinib.
Əvvəlki rekord isə qapıçı Şey Qivenə aid idi. Həmçinin Kin rekord qırdığı matçda het-trik də edib. O, 5, 56 və 81-ci dəqiqələrdə qonaqların qapısından 3 top keçirib.
Qeyd edək ki, Robbi İrlandiya millisinin heyətində 1998-ci ildə debüt edib. Həmin ildən bu vaxta qədər britaniyalı futbolçu yığma komandasının heyətində 56 qola imza atıb.

0
0