Stefano Bensi: Bakıdakı qarşılaşmanı heç vaxt unutmaram
08.06.2013 - 14:06
Stefano Bensi: Bakıdakı qarşılaşmanı heç vaxt unutmaram
“Bu oyunu heç vaxt unutmayacağam. Çünki millidə ilk qolumu Bakıda vurdum”. Bu sözləri apasport.az saytına açıqlamasında Lüksemburq millisinin və “Fola”nın hücumçusu Stefano Bensi deyib.

24 yaşlı futbolçu bu ilin onun üçün uğurlu keçdiyini bildirib: “Allaha şükür edirəm ki, bu mövsüm mənim üçün uğurlu keçdi. Əvvəlcə 20 qolla Lüksemburq çempionatında 2-ci bombardir oldum. Əsas bombardir olmağıma 1 qol az vurmağım mane oldu. Ancaq bununla belə, ölkəmdə ilin futbolçusu seçildim. Bu mənə millinin oyunu öncəsi çox böyük inam verdi”.

Bensi bildirib ki, millidə buna qədər oynasa da, qol vura bilməyib: “Ancaq sizin komandanıza həlledici qolu vurmağı bacardım. Sevinirəm ki, mənim qolum yığmamızın Bakıdakı hədəfinə çatmasına imkan verdi”.