“Rubin” istirahət verdi, Abışov Avstriyaya getmək istədi
08.06.2013 - 15:25
“Rubin” istirahət verdi, Abışov Avstriyaya getmək istədi
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov formasını geydiyi “Rubin”in növbəti mövsümə hazırlığının ilk mərhələsində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Lüksemburq yığması ilə 1:1 hesabı ilə nəticələnən rəsmi oyunda qolumuzun müəllifi olan 26 yaşlı yarımmüdafiəçi kazanlıların iyunun 10-dan 23-dək Avstriyada təlim-məşq toplanışının gedişində hazırlığa qoşulacaq.

Hərçənd “Rubin” milli futbolçularını bu toplanışdan azad edib. Ancaq Ruslan növbəti mövsümündə əsas heyətində möhkəmlənməyi qarşısına məqsəd qoyduğu komandasının ilk hazırlığına olmağı istəyib. O, bu məqsədlə iyunun 17-də Avstriyaya gedəcək. Futbolçumuzun həmin toplanışa yekun vuracaq iyunun 22-də Rumıniya çempionu “Styaua” ilə yoxlama oyununda meydana çıxacağı istisna edilmir. Bundan sonra vətənə qayıdacaq kazanlılar 1 həftə sonra yenidən Avstriyaya 2-ci hazırlıq mərhələsinə gedəcək.

Qeyd edək ki, “Rubin” rəsmi saytında Ruslanın Lüksemburqla matçda 90 dəqiqə oynayıb, Araz Abdullayevin cinah ötürməsindən sonra topu başla qapıdan keçirdiyi yazaraq, qol epizodunun şəklini yerləşdirib.