Sentyabrın 6-dan sentyabrın 6-dək
08.06.2013 - 16:00
Azərbaycan yığmasının rəsmi oyunlarda qələbə həsrəti ən azı daha 3 ay davam edəcək. Apasport.az saytının məlumatına görə, buna Lüksemburq yığması ilə 1:1 hesabı ilə bitən ev matçında son qoya bilməyən millimiz axırıncı dəfə seçmə mərhələdə 2011-ci ilin sentyabrın 6-da qələbəyə sevinib. Onda Qazaxıstan yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstan yığmasını 3:2 hesabı ilə yenmişik. Mahir Şükürov (penaltidən), Rauf Əliyev və Vaqif Cavadovun vurduğu qollar bizə saon qələbəni gətirib.
Millimiz bundan sonra keçirdiyi yoldaşlıq görüşlərində qalib gəlsə də, rəsmi matçlarda buna nail olmayıb. Nəticədə yığmamız seçmə mərhələ çərçivəsində artıq 8-ci oyundur qalib gələ bilmir.
Maraqlısı isə odur ki, Berti Foqtsun komandasının növbəti rəsmi oyunu son dəfə qələbə qazandığı tarixə, yəni sentyabrın 6-na təsadüf edir. Onda İsrail yığmasının qonağı olacaq futbolçularımız 3 xal qazana bilməsə, bu həsrət düz 2 il sürəcək. Hələliksə uğursuzluq sindromu artıq 21 aydır, 464 gündür davam edir.

0
0