“Qarabağ” Avroliqanın hazırlığına başladı
08.06.2013 - 16:36
“Qarabağ” Avroliqanın hazırlığına başladı
“Qarabağ” növbəti mövsümün hazırlıqlarına start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın yeganə məşqini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda etməyi nəzərdə tutulub.

Mayın 19-dan istirahətə buraxılan ağdamlılar milli üzvlərini bir qədər sonra sərəncamında görəcək. “Qarabağ” Avroliqaya hazırlıq məqsədilə Bakıda 4 gün olduqdan sonra əsas mərhələnin olacağı Türkiyəyə yollanacaq.

Qızılcahamam bölgəsində “Patalya” otelində məskunlaşacaq komanda ən azı iyunun 28-dək orda qalacaq.

“Qarabağ”ın bundan sonrakı marşrutu iyunun 24-də keçiriləcək püşkatmada Avroliqada rəqibini və ilk oyununu harda keçirəcəyini öyrənəndən sonra bilinəcək.

Belə ki, Qurban Qurbanovun komandası iyulun 4-də ilk matçını səfərdə keçirərsə, birbaşa həmin ölkəyə, evdə oynayarsa, Bakıya dönəcək.