Bernhard Lippert: Heyətimizdə Araz Abdullayev olsaydı...
08.06.2013 - 21:16
“Hücumlarımızın keyfiyyəti və kəsərliliyi istənilən səviyyədə deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycannın U-21 yığmasının baş məşqçisi Bernhard Lippert deyib.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2015-in seçmə mərhələsi çərçivəsində Makedoniya ilə oyunda qolsuz bərabərə qalmasına şərh verib: “Bununla belə, futbolçularımız əzmkarlıqla oynadılar və meydanın hər qarışı uğrunda mübarizə apardılar. Bu baxımdan komandaya heç bir iradım yoxdur. Hesab edirəm ki, bu gün heyətimizdə Araz Abdullayev olsaydı, daha kəsərli hücumlar qura bilərdik. Qarşıdakı oyunlarda hücum xətti ilə bağlı problemi həll etməyə çalışacağıq”.
Mənbə: affa.az

0
0