“Azərbaycan yığması müasir futbol oynayır”
08.06.2013 - 21:22
“Azərbaycan yığması müasir futbol oynayır”
“Azərbaycan yığması ilə səfərdə qarşılaşmaq hər zaman çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözlər Makedoniya U-21 millisinin baş məşqçisi Boban Babunskiə məxsusdur.

O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2015-in seçmə mərhələsi çərçivəsində millimizlə oyunda 0:0 hesablı bərabərliyi dəyərləndirib: “Rəqibimiz müasir futbol oynayır. Bütün oyun ərzində çətin anlar yaşadıq. Xüsusilə, ikinci hissədə azlıqda qaldıqdan sonra işmiz lap çətinləşdi. Bununla belə, təhlükəli vəziyyətlər yaratmağı bacardıq. Hesab edirəm ki, bizim yaratdığımız qol şansları daha real idi”.

Mənbə: affa.az