Kipr İsveçrə qarşısında son dəqiqələrdə üzüldü
08.06.2013 - 22:10
Kipr İsveçrə qarşısında son dəqiqələrdə üzüldü
2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, azarkeşlər bir oyuna şahidlik edib.

E qrupunun lideri İsveçrə milli komandası doğma publika önündə Kipr yığmasını qəbul edib. Görüş minimal hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Qarşılaşmada yeganə qolun müəllifi Haris Seferoviç olub. 21 yaşlı hüçumçu 73-cü dəqiqədə meydana Yosip Drmiçin yerinə daxil olaraq, son dəqiqələrdə komandasına 3 xal qazandırıb.

Bu qələbədən sonra isveçrəlilər xalını 14-ə yüksəldərək, ikinci yerdə qərarlaşan Albaniya yığması ilə xal fərqini 4-ə çatdırıb. Aktivində 4 xal olan Kipr millisi isə sonuncu pilədə gedir.


DÇ-2014-ün seçmə mərhələsinin qrup görüşü
E qrupu


İsveçrə - Kipr - 1:0
Seferoviç, 90