“Bakı” və “Rəvan”nın sabiq futbolçuları Tunisə qarşı forma geyindi
08.06.2013 - 23:39
2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Afrika zonasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Syerra-Leone milli komandası ilə Tunis yığması üz-üzə gəlib.
Görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 2 dəfə fərqlənərək meydandan sülhlə ayrılıb – 2:2.
Bu matçda “Bakı” və “Rəvan”nın sabiq futbolçuları İbrahim Karqbo, Samuel Barlay və Şerif Suma da iştirak ediblər. Müdafiəçilər - Karqbo ilə Suma meydanda 90 dəqiqə mübarizə aparıblar. Topaz Premyer Liqasının 2012-2013 mövsümünün başa çatmasından sonra klubundan ayrılan Barlay isə meydana 59-cu dəqiqədə daxil olub.
Qeyd edək ki, baş məşqçi Conni Makkinstri millinin heyətininə “Neftçi”dən ayrılan yarımmüdafiəçisi Julius Vobayı da dəvət etmişdi. Lakin futbolçunun adı əsas heyətə daxil edilməyib.

0
0