“Real Mursiya” son matçında qazandı, Eddi İsrafilov yenə oynamadı
09.06.2013 - 00:00
“Real Mursiya” son matçında qazandı, Eddi İsrafilov yenə oynamadı
İspaniya çempionatının II divizionuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının təlim-məşq toplanışına çağırılan, dəvəti öncə qəbul edib, sonradan fikrini dəyişən Eddi İsrafilovun şərəfini qoruduğu “Real Mursiya” evdə “UD Las Palmas”la münasibətlərinə aydınlıq gətirib.

Ötən turlardan aşağı divizionuna yollanması müəyyənləşən təmsilçimizin komandası son matçında 3 xala sevinib. Qarşılaşma 1:0 hesabı ilə başa çatıb.

Bu görüşdə Eddi “18-liy”ə daxil edilsə də, yenə meydana çıxmayıb.

Qeyd edək ki, cari mövsüm İsrafilov Sequndada 15 oyun keçirib. “Real Mursiya” isə 47 xal toplayıb və mövsümü 19-cü pillədə başa vurub.