“Vilyarreal” yenidən La Liqada
09.06.2013 - 00:26
İspaniya çempionatının II divizionunun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, La Liqaya vəsiqə qazanan ikinci komandanında adı müəyyənləşib.
Bu, 2011-2012 mövsümündə La Liqadan Sequndaya yuvarlanan “Vilyarreal”dır. “Sarı sualtı gəmilər” doğma azarkeşləri önündə “Almeriya”nı minimal hesabla məğlub edərək, xalını 77-ə çatdırıb və turnir cədvəlində 2-ci pillədəki yerini qoruyub.
La Liqaya ilk vəsiqə qazanan isə daha əvvəl Sequndada çempion olan “Elçe”dir. Üçüncü yerin sahibi isə hələ ki müəyyənləşməyib. Bu yer uğrunda mübarizə 4 komanda - “Almeriya”, “Jirona”, “Alkorkon” və “Las-Palmas” arasında pley-off oyunlarından sonra bəlli olacaq.
Qeyd edək ki, 2012/2013 mövsümündə La Liqanı tərk edən komandalar “Malyorka”, “Deportivo” və “Saraqosa”dır.

0
0