“Barselona”nın sabiq futbolçusu “Selta”nı çalışdıracaq
09.06.2013 - 01:02
“Barselona”nın sabiq futbolçusu “Selta”nı çalışdıracaq
İspaniyanın “Selta” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu, “Barselona”nın sabiq futbolçusu Luis Enrikedir.

8 il Kataloniya klubunun formasını geyinmiş 43 yaşlı ispaniyalı mütəxəssis La Liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Enrike bu posta daha əvvəl “Selta” ilə qarşılıqlı razılıq əsasında yollarını ayırmış Abel Resinonun əvəzinə gətirilib. 53 yaşlı çalışdırıcının rəhbərliyi altında “Selta” La Liqanı 17-ci pillədə başa vurub.

Qeyd edək ki, Enrikenin son iş yeri “Roma” olub. Luis İtaliya təmsilçisini yalnız 1 il (2011-2012) çalışdırıb.