Fil Nevill karyerasını başa vurdu
09.06.2013 - 14:02
Fil Nevill karyerasını başa vurdu
Daha bir məşhur futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu, “Everton”un kapitanı Fil Nevilldir.

Daha əvvəl PSJ və İngiltərənin sabiq yarımmüdafiəçisi Devid Bekhemdən sonra onun həmvətəni də belə qərara gəlib. Düzdür, Nevill aprel ayında futboldan gedəcəyini desə də, hələ ki rəsmi açıqlama verməmişdir.

Hazırda Fil İngiltərənin gənclər yığmasını çalışdırır. Daha əvvəl isə iddia edilirdi ki, o, “Mançester Yunayted”in yeni baş məşqçisi Devid Moyesin köməkçi vəzifəsində işləyə bilər.

Qeyd edək ki, 36 yaşlı veteran müdafiəçi futbol karyerasına “Mançester Yunayted”də başlayıb. Nevill 1994-cü ildə “qırmızı şeytanlar”ın əsas heyətində çıxış edib. O, 2005-ci ilə qədər şərəfini qoruduğu “Mançester Yunayted”də (263 oyun, 5 qol) 6 dəfə Premyer Liqanın, 3 dəfə İngiltərə kubokunun və 1 dəfə dəfə də Çempionlar Liqasının qalibi olub. 2005-ci ildən isə “Everton”un (242 oyun, 4 qol) formasını geyinib.

Nevill 1996-2007-ci illər arasında İngiltərə milli komandasının (59 oyun) heyətində top qovub.