İker Kasilyas rekorda imza atdı
09.06.2013 - 14:26
İspaniya milli komandasının qapıçısı İker Kasilyas Avropa qolkiperləri arasında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Real”ın əlcək sahibi yığmasının 144-cü dəfə formasını geyinib.
O, ötən gün Haiti ilə keçirilən yoldaşlıq matçında meydana start heyətdə çıxıb. Lakin 2:1 hesabı ilə qalib gəldikləri oyunun 46-cı dəqiqəsində “Liverpul”un qapıçısı Pepe Reyna ilə əvəzlənib.
Bununla da, Kasilyas milli komandasının heyətində ən çox çıxış edən qapıçı ünvanına yiyələnib.
Qeyd edək ki, əvvəlki nailiyyət İsveç yığmasının qolkiperi Tomas Ravelliyə aid idi. 1994-cü ildə keçirilən dünya çepionatından “pişik” ləqəbi ilə tanınan 53 yaşlı veteran qapıçı 1981-1997-ci illər arasında 143 dəfə millisinin şərəfini qoruyub.

0
0