Serbiya klubunun prezidenti mehmanxanada ölü tapıldı
09.06.2013 - 15:03
Serbiya klubunun prezidenti mehmanxanada ölü tapıldı
Serbiyanın “Voyvodina” klubunun prezidenti Ratko Buturoviç özünə aid olan “Park” mehmanxanasında ölü tapılıb. Apasport.az saytının məlumatına görə, 56 yaşlı klub sahibinin ölümündə heç bir zorakılıq aşkarlanmayıb.

Lakin onun ölüm səbəbi ilə bağlı hələ ki heç bir rəsmi açıqlanma verilməyib.

Qeyd edək ki, vətənində “Bat Kan-Kan” ləqəbi ilə tanınan Buturoviç 2004-cü ildən “Park” mehmanxanasın sahibi idi. Həmçinin o, Çernaqoriya Boks İttifaqının prezidenti və basketbol komandasının sahibi olub.

Buturoviç bir neçə dəfə müxtəlif ittihamlar görə, məhkəmədə hakimlər qarşısına çıxıb. 2008-ci ildə Ratko “Voyvodina”nın qələbəsi üçün matçın hakimlərinə pul verib və bu ittihamla da həbs edilib.