Xavi Mourinyonun oyun fəlsəfəsini bəyənmir
09.06.2013 - 15:33
“Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes “Real”dan ayrılan və hazırda “Çelsi” ilə 4 illik müqavilə imzalayan Joze Mourinyo haqda maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, İspaniya milli komandasının üzvü portuqaliyalı çalışdırıcının “Kral klubu”ndakı fəaliyyətini tənqid edib.
Xavi “Real”ın Mourinyodan əvvəl daha güclü olduğunu bildirib: “İstəmirəm ki, insanlar daim Mourinyonu tənqid etdiyimi düşünsünlər. Bu mənim niyyətim deyil, amma onun meydanda oynatdığı futbol xoşuma gəlmir. Onların ideyasını və konsepsiyanı bəyənmirəm. Zinədin Zidan və Roberto Karlosun vaxtında, “Real” sadəcə inanılmaz idi. Onlar meydanın hər sahəsində üstün olublar. Faktlara baxsaq, onların daha yaxşı olduğunu görə bilərik. Bu vaxta qədər “Real”ın yaxşı oyun fəlsəfəsi olub. Biz başqa komandanın oyunçularını vurmuruq. Hətta “Real” bizdən güclü olan da belə bunu etmirdik”.

0
0