Semih Şəntürk Cihan Özkaranın yanına gedə bilər
09.06.2013 - 16:00
Semih Şəntürk Cihan Özkaranın yanına gedə bilər
Azərbayacan millisinin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un yeni baş məşqçisi Roberto Karlos transfer hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, 2.5 il “Fənərbaxça”nın formasını geyinən braziliyalı mütəxəssis sərəncamında sabiq komanda yoldaşlarını görmək niyyətindədir.

Belə ki, Karlos daha əvvəl Dieqo Luqano və Deividə təklif göndərməsindən sonra bu dəfə İstanbul klubunun digər üzvü Semih Şəntürkü istəyir. Roberto artıq “sarı bülbüllər”in heyətində forma şansı az əldə edən 30 yaşlı hücumçunun transfer olunması üçün Sivas təmsilçisinin rəhbərliyinə məlumat verib.

Lakin Şəntürkün keçidi elə də inandırıcı görünmür. Çünki “Fənər”lə onun hələ 1 illik müqaviləsi var. Bundan başqa, Semih daha əvvəl açıqlamasında bildirib ki, heç bir yerə getmək fikrində deyiləm.

Qeyd edək ki, Semih Şəntürk 2001-ci ildən “Fənərbaxça”nın heyətində çıxış edir.