Krişitanu Ronaldo Lionel Messini ötdü
09.06.2013 - 17:03
Krişitanu Ronaldo Lionel Messini ötdü
Dünyanın ən yüksək maaşlı idmançılarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ABŞ-ın məşhur “Forbes” jurnalının mütəmadi tərtib etdiyi siyahının son variantında dəyişiklik baş verib.

Belə ki, “Real”ın futbolçusu Krişitanu Ronaldo “Barselona”nın hücumçusu Lionel Messini 33,5 milyon avro sərvətlə ötərək, 9-cü yerə yüksəlib. “Qızıl top” mükafatının ardıcıl 4 dəfə sahibi olan argentinalı oyunçu isə 31,4 milyon avro gəlirlə ilk “10-luğ”un son pilləsində qərarlaşıb.

“Forbes”in siyahısında futbolbolçulardan karyerasını başa vurmuş Devid Bekhem isə 35,9 milyon avro ilə 8-ci sıradadır.

Reytinqə isə 59,5 milyon avro büdcəsi ilə qolfçu Tayger Vuds başçılıq edir. Onun ən yaxın izləyiciləri tennisçi Roje Federer ilə “Leykers”in basketbolçusu Kobi Brayantdır. “Forbes” bu idmançıları müvafiq olaraq 54,4 milyon avro və 47,1 milyon avro ilə qiymətləndirib.