“Qvardiola məni “Bavariya”da görməyə şad olardı”
09.06.2013 - 17:40
“Qvardiola məni “Bavariya”da görməyə şad olardı”
Mövsümün sonunda “Barselona” ilə müqaviləsinin müddəti başa çatandan sonra ayrılan Erik Abidal oynamaq istədiyi komandanın adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hazırda klubsuz olan 33 yaşlı müdafiəçi “Bavariya”nın heyətində çıxış etmək niyyətindədir.

O bildirib ki, Katoloniya təmsilçisinin sabiq, Münhen klubunun yeni baş məşqçisi Xosep Qvardiolanın komandasında top qovmaqdan məmnun olardım: “Qvardiola mənim vəziyyətimi bilir və o, komandasında məni görməyə şad olardı. Amma “Bavariya”nın prezidenti və direktoru bu məsələyə necə reaksiya verər bilmirəm. Mən də həmçinin Münhen klubunda oynamaqdan məmnun olardım. Frank Riberi ilə yaxşı münasibətlərim var. “Bavariya” Avropanın ən yaxşı klublarından biridir. Hər şey mümkündür”.