Andres İnyesta: Mourinyo İspaniya futboluna zərər vurdu
09.06.2013 - 18:10
“Mourinyo İspaniya futboluna zərər vurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta deyib.
Təcrübəli futbolçu “Real”ın sabiq, “Çelsi”nin isə yeni baş məşqçisi Joze Mourinyonun İspaniyada işlədiyi üç il ərzindəki fəaliyyətini dəyərləndirib: “Bəli, ümumiyyətlə Joze xeyir gətirmək əvəzinə, daha çox ziyan vurdu. Sadəcə, faktlara baxın. Ancaq mən bu insan haqqında danışmaq istəmirəm. Onun İker Kasilyas kimi bir qapıçını ehtiyatda saxlaması çox çirkin hərəkət idi. Mourinyo La Liqa klubları arasında nifrət yaradırdı”.
Qeyd edək ki, Xavi də Mourinyonun oyun fəlsəfəsini bəyənmədiyini bildirmişdi.

0
0