İtaliya Superkuboku Torontoda keçiriləcək
09.06.2013 - 18:47
İtaliya Superkuboku Torontoda keçiriləcək
İtaliya çempionu “Yuventus” və ölkə kubokunun sahibi “Latsio” arasında keçiriləcək Superkubok matçının tarixi hələ ki müəyyənləşməyib. Apasport.az saytının məlumatına görə, buna səbəb komandaların qarşılaşmanın harada baş tutması ilə bağlı razılığa gələ bilməməsidir.

Sözügedən oyun əvvəlcə avqustun 15-də, Pekində keçirilməli idi. Lakin İtaliya çempionları bu vaxtlarda ABŞ-a təlim-məşq toplanışına yollanmağı planlaşdırdılar. İndi iki variant qalır – avqustun 10-da Kanadanın Toronto şəhəri və ya 18-də Roma. Bu mübarizədə isə favorit Toronto hesab edilir, amma ortaya bir problem çıxır.

Belə ki, kanadalı təşkilatçılar italiyalılara Çinin verdiyi məbləğin yarısını təklif edirlər.