“Qalatasaray”ın hücumçusu sərvətini artırır
09.06.2013 - 19:33
“Qalatasaray”ın ulduz futbolçusu Didye Droqba yardım kompaniyalarında iştirak etməklə yanaşı, sərvətini qorumaq üçün də müxtəlif sərmayələr qoyur. Apasport.az saytının məlumatına görə, illik 4 milyon avroluq maaşı ilə Türkiyə Superliqasının ən çox qazanan oyunçusu olan 35 yaşlı hücumçu ölkəsi Fil Dişi Sahilində bir qızıl mədənində hissə aldığı bildirilir.
“Reuters” iddia edir ki, sözügedən ölkənin naziri Bruno Nabaqne Kone qızıl mədəninin 5 faizinə sahib olacağını açıqlayıb. O, vətənində yaşanan daxili qarışıqlıq müddətində, xalqın yanında olan və ölkə problemlərinə diqqət yönəltməsi ilə seçilən Droqbaya layihəyə dəstək verdiyi üçün təşəkür edib.

0
0