“Milan”ın sabiq müdafiəçisi vida matçını keçirdi
09.06.2013 - 20:25
“Milan”ın sabiq müdafiəçisi vida matçını keçirdi
Çexiya milli komandası və “Milan”ın sabiq müdafiəçisi Marek Yankulovski futbolla vidalaşıb. Apasport.az saytının məlumatına görə, 36 yaşlı veteran oyunçu son matçını Ostrava şəhərində, 20 min azarkeşin önündə keçirib.

O, Yankulovskinin dostları və Çexiya yığmasının heyətində çıxış edib. Görüş 4:4 hesabı ilə başa çatıb. 2007-ci ilin Çempionlar Liqasının qalibi olan futbolçu vida matçında fərqlənməyi də bacarıb. Daha sonra Marek yerini “Banik” akademiyasının üzvü, 15 yaşlı qardaş oğlu Draqanaya verib.

Qeyd edək ki, Yankulovski karyerasına (1994-2000) “Banik”də başlayıb. Daha sonra “Napoli” (2000-2002), “Udinese” (2002-2005) və “Milan”ın (2005-2011) formasını geyinib. O, 2011-ci ildə yenidən “Banik”ə qayıdıb. Marek dizindən zədələndikdən sonra karyerasını başa vurduğunu elan edib.

Bundan sonra Yankulovski Çexiya televiziyasında ekspert vəzifəsində çalışıb.

Qeyd edək ki, Marek 9 il (2000-2009) milli komandasının heyətində top qovub.