“Real” “Yuventus”un qarşısına şərt qoydu
09.06.2013 - 21:32
“Yuventus” “Real”ın hücumçusu Qonsalo İquainin transferi haqqında danışıqlar aparır. Apasport.az saytının məlumatına görə, madridlilər argentinalı futbolçunun keçidi üçün Turin klubunun qarşısına şərt qoyub.
Belə ki, “Kral klubu” 25 yaşlı forvardı yalnız 24 milyon avroya sata biləcəyini bildirib. “Qoca Sinyora” rəhbərliyi isə “Real”a 22 milyon avro təklif edir. Əgər “Yuventus” qarşı tərəfin bu şərti ilə razılaşsa, onda İquain növbəti mövsüm İtaliya A seriyasında çıxış edəcək.
Qeyd edək ki, Qonsalo başa çatan mövsümdə “Real”ın heyətində 28 matçda forma geyinib və rəqib qapılarından 16 top keçirib.

0
0