“Milan” “Bolonya”nın yarımmüdafiəçisini alır
09.06.2013 - 22:30
“Milan” “Bolonya”nın yarımmüdafiəçisini alır
“Milan” “Bolonya”nın yarımmüdafiəçisi Alessandro Diamanti transfer etmək üçün danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, “rossonyerlər” 30 yaşlı futbolçuya artıq təklif də göndəriblər.

Milanlılar Diamantinin keçidi üçün qarşı tərəfə 10 milyon avro ödəyəcək. Əgər Alessandro ilə danışıqlar müvəffəqiyyətlə nəticələnəcəksə, bu, Robinonun və ya Kevin-Prins Boatenqin Milan klubundan gedişinə gətirib çıxara bilər.

Qeyd edək ki, Diamanti ilə “Yuventus” və “İnter” də yaxından maraqlanır.