“Borussiya” Levandovskini “Bavariya”ya satmayacaq
09.06.2013 - 23:27
Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski növbəti mövsüm də komandasının heyətində çıxış edəcək. Apasport.az saytının məlumatına görə, Almaniya klubunun nümayəndəsi Hans-Yoahim Vatske bununla bağlı açıqlama verib.
O, polşalı hücumçunun “Bavariya”ya getməyəcəyini bildirib: “Levandovski 2013-cü ildə “Bavariya”da oynamayacaq. Bu dəqiq və son sözmüzdür. Robert və onun təmsilçiləri ilə də danışmışıq”.
Qeyd edək ki, “Bavariya” “Borussiya”nın digər futbolçusu Mario Qötseni transfer edib.

0
0