“Yuventus” “Real”ın sabiq futbolçularına uduzdu
10.06.2013 - 00:02
“Yuventus” “Real”ın sabiq futbolçularına uduzdu
“Real” və “Yuventus”un sabiq futbolçuları yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, qarşılaşma Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutub.

Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun 6-cı dəqiqəsində Luiş Fiqu fərqlənərəq, “Real” hesabda önə çıxarıb. Fasiləyə məğlub yollanan Turin klubu 67-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacarıb. Qolun müəllifi Paolo Montero olub. Lakin 72-ci dəqiqə İvan Peres madridlilərin qələbə topunu vurub.

Qeyd edək ki, “Real”ın heyətində Roberto Karlos, Fernando Yerro, İvan Helqera, Fernando Redondo, Luiş Fiqu, Fernando Morentes, Bodo İllqner və Kristian Karambyo kimi futbolçular çıxış edib. “Yuventus”da isə Çiro Ferrara, Moreno Torriçelli, Paolo Montero, Edqar Davids, Həsən Salihamidiç, Alessandro Birindelli, Pavel Nedved, Fabritsio Ravanelli, Ancelo Perussi, Vladimir Yuqoviç və İqor Tudor “Kral klubu”na qarşı forma geyinib.

Hər iki komandanın şərəfini qorumuş Zinədin Zidan və Fabio Kannavaro bu qarşılaşmada “Real”ın və “Yuventus”un heyətində mübarizə aparıb.