Kərim Benzema dizindən əməliyyat olunacaq
10.06.2013 - 00:38
Kərim Benzema dizindən əməliyyat olunacaq
“Real” hücumçusu Kərim Benzemanı bir müddət itirib. Apasport.az saytının məlumatına görə, buna Fransa milli komandasının futbolçusunün dizindəki zədə səbəb olub.

25 yaşlı forvar bazar ertəsi Lionda cərrahiyə əməliyyatı olunacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə hələ ki bilinmir.

Qeyd edək ki, Benzema başa çatan mövsümdə “Kral klubu”nun heyətində 40 matçda forma geyinib və rəqib qapılarından 16 top keçirib.