Braziliya Fransanı darmadağın etdi
10.06.2013 - 01:09
Braziliya Fransanı darmadağın etdi
Braziliya milli komandası Fransa yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, qarşılaşma Portu-Aleqri şəhərinin “Arena de Qremio” stadionunda keçirilib.

Görüşdə Cənubi Amerika təmsilçiləri qonaqları darmadağın edib - 3:0.

Maraqlı keçən oyunun ilk hissəsində azarkeşlər qol görməyib. 54-cü dəqiqədə isə “Çelsi”nin futbolçusu Oskar hesabı açıb. 85-ci dəqiqədə Ernanes fərqi bir qədər də artırıb. Matçda son nöqtəni isə oyuna əlavə edilmiş son dəqiqələrdə penaltidən Lukas Moura qoyub.


Yoldaşlıq oyunu
9 iyun


Braziliya – Fransa - 3:0
Oskar, 54, Ernanes, 85, Moura, 90+3