“Sivasspor” Cihan Özkara kimi futbolçular axtarır
10.06.2013 - 08:29
“Sivasspor” Cihan Özkara kimi futbolçular axtarır
Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un yay hazırlıqlarına qismən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, komanda iyulun 4-dən etibarən yeni mövsümün hazırlıqlarına başlayacaq.

“Sivasspor” ilk öncə təxminən 2 həftə doğma şəhərdə hazırlıq keçəcək. Bundan sonra isə komanda Hollandiyaya təlim-məşq toplanışına yollanacaq. Yeni baş məşqçi Roberto Karlosun hazırda ölkəsi Braziliyada olduğu və orda bəzi futbolçulara göz qoyduğu bildirilir. Onun bu həftə “qırmızı-bəyaz” klubun rəhbərliyinə həmin oyunçuların adlarını təqdim edəcəyi deyilir. Avropada isə Cihan Özkara kimi qürbətçi futbolçular axtarılır.

Qeyd edək ki, Roberto Karlosun “Fənərbaxça”da oynadığı zaman komanda yoldaşı olmuş, hazırda isə “Koritiba”nın hücumçusu olan Deyvid de Souzanı “Sivasspor”a gətirmək istədiyi futbol ictimaiyyətinə bəllidir.