“İnter” “Kartalspor”a 13 qol vurdu - YENİLƏNİB
10.06.2013 - 21:51
“İnter” “Kartalspor”a 13 qol vurdu - YENİLƏNİB
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, paytaxt klubu “Kartalspor”la gücünü sınayıb.

Kaxaber Sxadadzenin yetirmələri bu görüşdə rəqibini darmadağın edib. Qarşılaşma 13:0 hesabı ilə başa çatıb.

“Bankirlər”in heyətində Daniel Genov, Mirsahib Abbasov və Ramil Mansurov hərəyə 3 qol vurub, Baçana Sxadadze isə dubla edib. Digər topları isə rəqibin qapısından Aleksandr İaşvili və Samir Zərgərov keçiriblər.

Qeyd edək ki, “Kartalspor” ötən mövsüm Türkiyənin 1-ci dəstəsində mübarizə aparsa da, 16-cı pilləni tutaraq 2-ci liqaya yuvarlanıb. Ancaq İstanbul klubu yenidən 1-ci dəstədə mübarizə aparmaq üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.

Yoldaşlıq oyunu
10 iyun


“İnter” – “Kartalspor” - 13:0