“Neftçi” klubuna gəlməkdənsə, elə orda oynamaları yaxşıdır”
10.06.2013 - 09:15
“Sözsüz ki, Azərbaycan Premyer Liqasının səviyyəsi artmaqdadır. Düzünü bilmək istəyirsinizsə, futbolçularımın harda oynamasının fərqi yoxdur. Əsas odur ki, hansı klubda çıxış etmələrindən asılı olmayaraq oynasınlar”. Bunu apasport.az saytına Azərbaycan yığmasının (U-21) baş məşqçisi Bernhard Lippert deyib.
21 yaşadək futbolçulardan ibarət yığmamızın Almaniya Regionalliqasında çıxış edən üzvləri – Fatih Şanlı, İlter Taşkın və Timur Təməltaşın karyeralarını ölkəmizdə davam etdirmə şansları var. Artıq bəzi klublarımız yerli oyunçu limitinə görə, həmin futbolçuların menecerləri ilə danışıqlara başlayıb.
Bəs görəsən, almaniyalı məşqçi üçün hansı variant sərfəlidir: yetirmələrinin Almaniyada oynamasımı, yoxsa ölkəmizdə çıxış edib göz qabaqlarında olmalarımı?
Elə bu sualla müraciət etdiyimiz Lippertin cavabı belə oldu: “Regionalliqanın bəzi komandaları həqiqətən də kağız üzərində peşəkardır. Əslində, onlar həvəskar klublardır. Ancaq Almaniyada çıxış edən futbolçularımızın burda hansı klubun şərəfini qoruyacağı da önəmlidir. Əgər “Neftçi”yə gəlib ehtiyatda qalacaqsa və ya əvəzedici komandaya göndəriləcəklərsə, elə onların Almaniyada oynamaları yaxşıdır”.

0
0