Yığmanın hücumçusu “Sumqayıt”da?
10.06.2013 - 10:09
“Sumqayıt” millimizin sabiq üzvləri Vurğun Hüseynovla Vüqar Əsgərovun ardından daha bir yığma ilə əlaqəli futbolçu ala bilər. Apasport.az saytının məlumatına görə, Almaniya Regionalliqasından futbolçuları ölkəmizə gətirməklə tanınan klub bu dəfə U-21-in hücumçusu Fatih Şanlı ilə danışıqlar aparır.
U-21-in iyunun 8-də Makedoniya ilə oyununu izləyənlər arasında Fatih Şanlının meneceri Rafet Kaptanın olması isə heç də təsadüfi deyil. Kaptan bizə gənc hücumçunun mövsümün sonunda Regionalliqadan yuvarlanaraq Oberliqaya düşən “Berqiş Qladbax”ı tərk etdiyini və ölkəmizdə oynayacağını bildirib. Ancaq FİFA meneceri müştərisinə görə hansı klublarla danışıqlar apardığını bizdən gizlətməyə çalışıb.
Bununla belə, apasport.az saytı Şanlının oynaya biləcəyi klublardan birinin “Sumqayıt” olduğunu müəyyənləşdirib. Belə ki, 21 yaşlı hücumçu müsahibəsində bu klubla danışıqlar apardıqlarını təsdiqləyib.
Qeyd edək ki, Fatih Şanlı Makedoniya qarşı seçmə mərhələ görüşündə ilk dəqiqələrdən meydanda olub. O, 56-cı dəqiqədə “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanovla əvəzlənib.

0
0