Elvin Məmmədov: Günah Foqtsda yox, bizdədir - MÜSAHİBƏ
10.06.2013 - 11:56
“Bakı”nın kapitanı, Azərbaycan millisinin komandasının futbolçusu Elvin Məmmədovun apasport.az saytına müsahibəsi
- Müqavilənizin bitdiyi “Bakı” ilə məsələnizə aydınlıq gətirdinizmi?
- Bəli, klubla artıq razılığa gəlmişəm. Zeynal Məmmədovla danışığımız oldu. Sağ olsunlar, qalmağımı istədilər, yeni müqavilə təklif etdilər. Mən də şərtləri qəbul edərək, anlaşdım.
- Yeni müqaviləniz neçə illikdir?
- “1+1” şərti ilə bağladıq.
- Məmmədov saytımıza müsahibəsində sizdən “Bakı”da olduğunuz müddətdə istədikləri oyunu görə bilməyərək, hər şeyin özünüzdən asılı olduğunu bildirmişdi...
- Əlbəttə, mən rəhbərliyi başa düşürəm və etimadlarını doğrultmaq üçün hər şey edəcəyəm. Artıq 2 ildir “Bakı”dayam, burda kapitanlıq mənə etibar olundu. Komanda dəyişməyinin yeri yox idi və danışıqlarımız müsbət nəticələndi.
- “Bakı”da növbəti mövsümdə böyük dəyişiklər olacaq. Komandadan nə gözləyirsiniz?
- Dəyişiklər haqda məlumatlıyıq. İnanıram ki, bunun müsbət bəhrəsini görəcəyik. Biz də komandamızın yaxşı çıxış etməyi üçün çalışacağıq. Ancaq tək 1 nəfərlə iş bitmir, hamı uğur qazanmaq üçün səy göstərməlidir. Yeni baş məşqçiniz də dünyada tanınmış, adlı-sanlı mütəxəssisdir.
- Yeni baş məşqçiniz “Atletiko”nun sabiq baş məşqçisi Radomir Antiç olmalıdır. Deməli, artıq bu haqda məlumatlısınız?
- Bəli. Bildiyimə görə, odur və bizə təqdim edəcəklər. Yeni baş məşqçiyə ümidlərimiz böyükdür. Komandamız iyunun 17-də yığışacaq.
- Yəqin ki, siz millinin düşərgəsində olduğunuza görə bir qədər gec qoşulacaqsınız...
- Elədir. “Bakı” bir araya gələndən bir neçə gündən sonra hazırlığa qatılacağam. Hazırda ailəmlə birgə rayonda istirahət edirəm.
- Millimizin Lüksemburqla ev oyununda uğursuz nəticəsindən sonra psixoloji cəhətdən özünüzə gəlmisiniz?
- Səmimi deyirəm, hələ yox. Bu, millimiz, futbol ictimaiyyəti üçün çox vacib oyun idi. Qələbə qazanmaq istəyirdik, hesabda irəlidə olduğumuzdan buna yaxın idik. Ancaq sonradan buraxdığımız qolla qələbəni əldən verdik.
- Sizcə, günahkar kimdir: Baş məşqçi, yoxsa futbolçularda?
- Biz futbolçularda. Bəlkə digərləri başqa cür düşünə bilər. Ancaq mənim şəxsi fikrim belədir ki, günah ilk növbədə özümüzdədir.
- Stadionda narazılığını bildirən, “istefa” qışqıran azarkeşlərə nə müraciət edərdiniz?
- Onlar hesab açılmayanda “istefa” qışqırsalar da, vurduğumuz qoldan sonra “bir daha” deyə bizi irəli səslədilər. Qol buraxdığımızdan sonra yenidən etirazlarını nümayiş etdirdilər. Bu, normaldır, azarkeşlərin haqqıdır, dünyanın hər yerində belə hallar olur.
- Millidəki komanda yoldaşınız Ruslan Abışov oyundan sonra bildirib ki, belə azarkeşlər oyunlarımıza gəlməsinlər...
- Bu, Ruslanın fikridir və mən ona hörmətlə yanaşıram. Ancaq onu nəzərə almaq lazımdır ki, azarkeş qola görə səni alqışlaya, 1 dəqiqə sonra uğursuzluğa, səhv ötürməyə görə fitə basa, söyə bilər.
Mehman SÜLEYMANOV

0
0