Premyer Liqanın məşqçi korpusu
10.06.2013 - 12:46
Bir vaxtlar Azərbaycan çempionatı 1-2 yerli məşqçinin poliqonuna çevrilmişdisə, indi klublarımızı dünyanın ən tanınmış simaları çalışdırır. Əlbəttə, bütün klublarımız ünlü mütəxəssislərin əlində olmasa da, ildən-ilə vəziyyət yaxşıya doğru dəyir.
Əlbəttə, nəticə baxımından hələ yaxşılığa doğru heç nə görmürük. Ancaq istənilən halda, belələri çempionatımıza nüfuz qazandırır. Hətta iş o həddə çatıb ki, Ağasəlim Mircavadov və Mehman Allahverdiyev kimi ölkənin ən titullu məşqçiləri işsiz qalıb. Klublarımız ya gənc və perspektivli yerli çalışdırıcılar qarşısında şans yaradır, ya da dünyada sözünü demiş mütəxəssislərə güvənir.
Bəli, Con Benjamin Toşak və Yuri Syominin at oynatmaq istədiyi çempionata Radomir Antiç kimi dünya səviyyəli mütəxəssis təşrif buyuracaq. Əlbəttə, kənardan bu çalışdırıcıların tükənmiş olduğunu söyləmək mümkündü. Ancaq Azərbaycan birinciliyinin səviyyəsi də bu məşqçilərin nüfuzunu aşmayıb. Ən azı belələrinin təcrübəsi bizə gərəklidi. Bəs, görəsən, qarşıdakı mövsümdə bu məşqçilərin döyüşündə kim daha böyük uğur qazanacaq? Yazını klubların gücü yox, məşqçilərin dühası prizmasından qələmə almışıq.
Azərbaycana vəhy gətirən əcnəbilər
Əlbəttə, "Bakı"nın anlaşdığı deyilən Antiçi də siyahıya daxil etsək, hazırda ölkəmizdə çalışan ən titullu mütəxəssis kimi Con Benjamin Toşakın adını çəkə bilərik. Məşqçi kimi İspaniya çempionluğu, kuboku və superkubokunu bir dəfə qazanan Toşak bir dəfə də Türkiyə kubokunu əldə edib. Buna rəğmən, uelsli mütəxəssis "Xəzər Lənkəran"a qədər 10 fərqli komandada çalışıb. Üstəlik, "Real Sosyedad"da 3, "Real"da isə 2 dəfə işləyib. Bu mənada Toşaka uğurlu yox, daha çox şans qazanan məşqçi adını verə bilərik. Onun oynadığı və çalışdırdığı komandaların adı nəyə desəniz dəyər. Hətta Türkiyədə çalışarkən bu ölkənin ünlü idman yazarı Ərman Toroğlu "Toşak elə bilir ki, futbolu ondan başqa heç kim bilmir, mən də futbolçu olmuşam" söyləmişdi. Əvəzində uelsli mütəxəssis Toroğludan hansı komandada oynadığını soruşmuşdu. Yazar da "Ankaragücü" söyləmiş və "hətta bu komandayla İngiltərə təmsilçisinə qarşı da forma geymişəm" sözüylə də özünü gözə soxmuşdu. Toşakın cavabı isə unikal alınmışdı: "Ooo, "Ankaragücü" - big-club".
Yəni tükəndi-tükənmədi, bizim təcrübəli mütəxəssisə dil uzatmaq haqqımız yoxdu. Bu mövsüm "altılıq "dan kənar qalan "Xəzər Lənkəran"ı kubokun finalına daşıyıb Avropa Liqasına çıxartması və "Neftçi"yə yalnız penaltilərlə uduzması uelsli məşqçinin aktivinə yazılmalıdı. Heyət güclənəcəyi təqdirdə isə onun imkanları daha da genişlənəcək və "Xəzər Lənkəran" növbəti mövsüm Toşak timsalında rəqiblərinə meydan oxuya bilər.
Antiçə gəlincə, onun uğurları sırf "Atletiko"yla əlaqəlidi. O da bir mövsüm... 1995/96 mövsümündə Madrid klubunun "qızıl dubl" etməsində əsas söz sahibi olan serbiyalı mütəxəssisin ən böyük üstünlüyü "Atletiko"yla yanaşı, "Real"la "Barselona"nı da çalışdırmasıdı. Hərçənd, 1991/92 mövsümündə onun çalışdırdığı "Real" "Barselona"dan bir xal geri qalaraq çempionluğu əldən verdi. Ancaq Antiçin 2003-cü ildəki "Barselona"sı 6-cı yeri tutsa da, bu, daha böyük uğur kimi dəyərləndirilməlidir. Çünki Radomir "Barselona"nı qəbul edəndə katalonlar elitanı tərk etmək qorxusu yaşayırdı. Di gəl ki, tez bir zamanda "Barsa"nı toparlayan serbiyalı hətta sonda komandanı UEFA kubokuna da çıxardı.
Belə baxanda Antiç də Toşak kimi xeyli komanda çalışdırıb. Ancaq "Bakı"ya qədər onun 8 kollektivdə iş başında olduğu və 3 dəfə "Atletiko", 2 dəfə isə "Ovyedo"nun "sükanı arxasında" əyləşdiyini söyləməliyik. Onun "Bakı"sı təbii ki, çempionluq uğrunda mübarizə aparacaq. Ancaq Radomirin "zolaqlılar"a hücum futbolu aşılayacağını söyləməyə dəyməz. Onun çalışdırdığı komandalar bir qədər müdafiədən oynayır.
O ki qaldı Syominə, Yuri Pavloviç qazandıqları ilə Toşakla Antiçi "çaya susuz aparıb, susuz gətirə bilər". Sadəcə, yalnız postsovet məkanında işlədiyinə görə Syomini "dağın başına qaldırmaq" düzgün deyil. Onun qazandırdıqlarına nəzər salsaq, bir dəfə SSRİ kuboku, 2 dəfə Rusiya çempionluğu, 4 dəfə kuboku, 2 dəfə superkuboku, 1 dəfə "Birlik kuboku", 1 dəfə Ukrayna çempionluğu və superkubokuna nəzər salıb gözümüzü qamaşdıra bilərik.
Əlbəttə, rusiyalı mütəxəssisin uğursuz dönəmləri də olub. Onun "Lokomotiv" və Kiyev "Dinamo"sunda ikinci fəaliyyəti belə desək, bərbad alınıb. Elə Moskva "Dinamo"su da böhranda olarkən Syomini yuxarı başda əyləşdirsə də, bundan heç bir xeyir götürə bilməyib. Ümumilikdə isə Syomin 5 fərqli klub çalışdırıb. Onun Toşak və Antiçdən üstünlüyü isə sırf bu regionu yaxşı tanıması olub. Nəzərə alaq ki, vaxtıyla Syomin Azərbaycanla eyni futbol meridianında yerləşən Tacikistanın "Pamir" klubunu çalışdırmışdı. Onun "Qəbələ"sinin qarşıdakı mövsümdə ən azı geriləməyəcəyini proqnozlaşdırmaq olar. Həm də ki, futbolçularla sözün hər iki mənasında dil problemi olmayacaq. Çünki Syomin yetirmələri ilə dil tapmağı bacaran mütəxəssisdi.
Onu da qeyd edək ki, Syominlə Antiç ilk dəfə Azərbaycanda iş başına keçəcək ki, Toşakın təxminən 3 aylıq təcrübəsi var. Bu hardasa, uelsli çalışdırıcının işinə yarayacaq. Ancaq bu mənada ən şanslı əcnəbilər isə "İnter"in baş məşqçisi Kaxaber Sxadadzeylə onun "Simurq"dakı həmyerlisi Georgi Çixradzedi. Məşqçi kimi 2 dəfə Gürcüstan, bir dəfə də Azərbaycan çempionu olan Sxadadzenin son 3 ildə işləri qaydasında getməsə də, 5 illik Azərbaycan təcrübəsi işinə yarayacaq.
Nəzərə alaq ki, "İnter" yeni mövsümə yeni qiyafədə qədəm qoyacaq. Komandada sistemi formalaşdıran "bankirlər" daha təravətli və texnikalı oyunçular transfer etməklə vəziyyəti öz xeyrinə dəyişə bilər. Çixradzenin keçmişindən isə danışmağa dəyməz. Mövsümün ortalarına qədər "Simurq"a enerji verən gürcü mütəxəssisin komandasının sonradan "yanacağ"ı qurtarsa da, heyət güclənəcəyi təqdirdə onun komandası favoritlər üçün başağrı ola bilər.
"Sumqayıt"ın çalışdırıcısı Bernard Raabdan danışmağa dəyməz. Əvvəllər bədən tərbiyəsi müəllimi vəzifəsində çalışan məşqçinin şagirdləri hansısa turnirdə uğur qazana bilərdi, ancaq onun "Sumqayıt"dakı fəaliyyəti isə sadəcə, fiaskodu. Düzdü, cari "futbol ili"ndə "gənclik şəhəri"nin təmsilçisi birtəhər "çulunu sudan çıxara" bildi. Ancaq onun yetirmələri 2011/12 mövsümündə elitada sonuncu yeri tutdu. Qarşıdakı mövsümdə Raabın komandasının şanslarından danışmaq isə sadəcə, avantüradı. Mümkündü ki, o, özü də tezliklə işini itirsin.
Yer(l)i, yer(l)i, mən də gəlim dalınca!
İndi isə keçək özümüzkülərə. Əslində, yerli mütəxəssislərimizi tanıtdırmağa ehtiyac yoxdu. Onların Sxadadzeni istisna etsək, əcnəbi çalışdırıcılardan əsas fərqi komandalarımızı 5 barmağı kimi tanımalarıdı. 3 dəfə Azərbaycan çempionu olan və 1 dəfə kuboka sahib çıxan Böyükağa Hacıyevin "Neftçi"si təbii ki, qarşıdakı mövsümdə ən son çempion kimi əsas favoritdi. Ancaq heç kim qarşıdakı mövsümdə "Neftçi"ni məhz Hacıyevin çalışdıracağını iddia edə bilməz. Son vaxtlar "Neftçi"nin ətrafındakı proseslər vəziyyətin dəyişə biləcəyindən xəbər verir. Ancaq "status-kvo" qorunacağı təqdirdə Böyükağa bəy bir də olmasa, yarım addım öndə olacaq (Sport Ekspress).
Məşqçi kimi çempionatda nə "Neftçi", nə də "Qarabağ"a çempionluq yaşada bilməyən Qurban Qurbanovun yeganə uğuru isə 2009-cu ildə ağdamlılara ölkə kubokunu qazandırmasıdı. İstənilən halda, Qurbanovun komandası həmişə ölkənin favoritlərindən olub və olacaq da. Hətta bu mövsüm onun "köhlən atlar"ı sona qədər "Neftçi"ni qarabaqara izlədi.
AZAL-ın çalışdırıcısı Vaqif Sadıqovun "əmək kitabçası"nda 3 dəfə Azərbaycan millisi və bir dəfə "Anji"də məşqçi vəzifəsində çalışması faktı göz oxşaya bilər. 2 dəfə Azərbaycan kuboku, bir dəfə isə superkubokunu qazanan Sadıqovun çempionluq payı yoxdu. Qarşıdakı mövsüm büdcəsi kəsilən AZAL-ın onun başçılığı altında nəsə edəcəyi heç inandırıcı görünmür. Amma onun "təyyarəçilər"i həmişə favoritlər üçün çətin tikə olub.
Sonda da "Rəvan"ın çalışdırıcısı Ramin Əliyev haqda. Bu mövsümün gedişində onun baş məşqçi kimi debütü "Rəvan"a ən azı sabitlik gətirdi. Qarşdakı mövsümdə isə Əliyevin komandasından möcüzələr gözləməyə dəyməz. Sadəcə, bu komanda heç kimə yem olmayacaq. Əliyevin mütərəqqi məşqçi olduğu hiss olunur. Onun əsas üstünlüyü titullu rəqibləri ilə müqayisədə daha motivasiyalı olmasıdı.

0
0