Tağızadə: Son nöqtəni qoyan futbolçumuz yoxdur
10.06.2013 - 13:27
Tağızadə: Son nöqtəni qoyan futbolçumuz yoxdur
“Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Cəhdlərimizə baxmayaraq, istəyimizi reallaşdıra bilmədik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının futbolçusu Ruslan Tağızadə deyib.

Növbəti seçmə mərhələnin startında Makedoniya yığması ilə “Dalğa Arena”da qolsuz bərabərliklə nəticələnən oyun haqda danışan AZAL-ın müdafiəçisi qol imkanlarından istifadə edə bilmədiklərindən gileylənib: “Oyun ərzində çoxlu qol epizodları yaratdıq. Ancaq təəssüf ki, onları dəyərləndirə bilmədik. Özünüz də görürsünüz ki, son nöqtəni qoyan futbolçumuz yoxdur. Makedoniya yığması layiqli mübarizə apardı”.

Qeyd edək ki, yığmamız növbəti oyununu sentyabrın 7-də səfərdə İsraillə keçirəcək.