“İnter”in düşərgəsinə 2 yeni futbolçu qoşuldu
10.06.2013 - 13:55
Türkiyədə hazırlıqlarını davam etdirən “İnter”in düşərgəsinə 2 yeni futbolçu qoşulub. Apasport.az saytının məlumatına görə, bunlardan biri klubla 1 illik müqaviləyə imza atacaq təcrübəli hücumçu Aleksandr İaşvilidir.
Digər futbolçu isə Çernoqoriyadan gəlib. Klubdan hücumameylli braziliyalı yarımmüdafiəçinin adı mətbuatdan gizli saxlanılır. Hər 2 futbolçunun bu gün “Kartalspor”la yoxlama oyununda meydana çıxacağı gözlənilir.
Gürcüstan mətbuatının “İnter”ə keçəcəyini iddia etdiyi Dato Kvirkveliya isə komandaya Türkiyə toplanışı zamanı qoşulmayacaq. Onunla razılığa gəlinsə, Gürcüstan millisinin sol cinah müdafiəçisi Avstriya toplanışı zamanı yeni komandasının sıralarında olacaq.
Bu arada “Neftçi” və “Xəzər Lənkəran”ın transfer siyahısında olan İlkin Qırtımova da “İnter”dən maraq var. Ancaq onun “Simurq”la yenicə müqavilə bağlaması bu məsələni çətinləşdirib.

0
0