UEFA Bakıdan yazdı
10.06.2013 - 14:13
Uefa.com saytında III Caspian Cup beynəlxalq turniri barədə yazı yerləşdirilib. Apasport.az saytının məlumatına görə, əvvəlcə Avropanın futbol qurumunun saytı Bakıdakı turnirin finalı haqda bilgi verib.
“AFFA tərəfindən artıq 3-cü ildir ki, təşkil olunan Caspian Cup U-17 turnirində Türkiyə yığması Azərbaycan komandası üzərində 4:1 hesabı ilə qalib gəlib. Oyunun hesabına nəzər yetirməsək, final qarşılaşması bərabər səviyyədə keçib. Görüşün 22-ci dəqiqəsində Elnur Cəfərov Türkiyə yığmasının qapısına təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 2011-ci ildə keçirilmiş bu turnirin qalibi olan Türkiyə yığmasının fərqlənməsi üçün gözəl şans yaranıb və hesabı açan kapitan Enes Ünalın qolundan 3 dəqiqə sonra Can İncədərə fərqlənməklə komandasını hesabda 2:0 önə çıxarıb” – deyə UEFA-nın saytı yazıb.
Sonra Türkiyə yığmasının baş məşqçisi Hakan Tecimerin fikirləri əks olunub: "Bu, bizim gənc oyunçularımızın gələcək inkişafı baxımından çox gözəl turnir idi. Məşq meydançaları, otel - bir sözlə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu". Millimizin almaniyalı baş məşqçisi Nikolay Adamın isə oyundan sonrakı fikirləri belə olub: "Nəticəyə görə çox üzgünəm. Ancaq digər tərəfdən çempionatdakı ümumi çıxışımız məni sevindirdi. Çoxlu sayda güclü rəqiblərin olduğu bir turnirdə finala qədər yüksəlmək asan məsələ deyildi. Bu, həm də seçmə mərhələyə hazırlıq baxımından bizə faydalı oldu".
Daha sonra UEFA-nın saytı bunları qeyd edib: “Caspian Cup turniri AFFA-nın öz təşkilatçılıq qabiliyyətini təkmilləşdirərək gələcəkdə də davamlı olaraq keçirilməsi planlaşdırılan turnir xarakterini almaqdadır və futbolçuların UEFA Avropa U-17 çempionatının seçmə mərhələsi öncəsi hazırlığı baxımından faydalıdır. Son yarışla müqayisədə iştirakçıların sayı 8-dən 12-yə qədər artırılıb. UEFA-nı və digər konfederasiyaları təmsil edən 12 yığma hər birində 3 komanda olmaqla 4 qrupda mübarizə aparıb.
80 dəqiqə davam edən oyunlar Bakıdakı "Dalğa Arena" və Bayıl stadionunda keçirilib və yerli idman telekanalı, eləcə də affatv.az saytı tərəfindən canlı yayımlanıb. Qrup oyunlarının təşkil olunduğu gərgin həftənin ardından, iyunun 4-də və 5-də keçirilən pley-off mərhələsində finalçılar müəyyənləşib. Çərşənbə axşamı ABŞ komandası Özbəkistanı 5:2 hesabı ilə məğlub etməklə turnirin 5-cisi olub. Uruqvay yığması Bolqarıstanı 3:2 hesabı ilə yenərək 7-ci yerdə qərarlaşıb. Tacikistan komandası 2:1 hesabıyla Qırğızıstana qalib gələrək 9-cu, Qazaxıstan isə İordaniya ilə 2:2 hesablı bərabərliyin ardından penaltilər seriyasında 6:7 uduzaraq 12-ci yerdə qərarlaşıb.
“İlk 4-lük”də olan komandaların oyunları çərşənbə günü keçirilib. 3-cü yer uğrunda oyunda Yaponiya və Gürcüstan yığmaları 0:0 hesablı heç-heçə edib və penalti seriyasında 5:3 hesabı ilə Yaponiya komandası qələbə qazanıb. Bunun ardınca isə, Türkiyə komandası 2012-ci ildə həlledici oyunda Gürcüstana 0:1 hesabıyla uduzan Azərbaycan yığmasını məğlub edib.
Bu turnir ümumilikdə bütün iştirakçılar üçün dəyərli bir təcrübə qazandırıb. Bunu ABŞ yığmasının baş məşqçisi Cim Runinin fikirləri də sübut edir: "Biz oyun səviyyəsini yaxşılaşdırmaq istəyirdik və buna nail ola bildik. Azərbaycana budəfəki səfərimiz komandam üçün gözəl təcrübə oldu".

0
0