“Rubin” Avstriyaya Ruslan Abışovsuz yollandı
10.06.2013 - 15:25
“Rubin” Avstriyaya Ruslan Abışovsuz yollandı
Millimizin dayaq yarımmüdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” Avstriyaya gedib. Apasport.az saytının məlumatına görə, komanda Avstriyanın Tirol şəhərinin Kitsbüel qəsəbəsinə Abışovsuz yollanıb.

Buna səbəb isə futbolçunun Sergey Kislyak və Aleksey Yeryomenko kimi millisinin düşərgəsində iştirak etməsi olub. Baş məşqçi Qurban Berdıyev bunu nəzərə alıb Ruslana bir az da istirahət şansı verib. Ruslan iyunun 17-dən etibarən Avstriya hazırlıqlarında iştirak edəcək.

Qeyd edək ki, bugündən etibarən hazırlıqlara başlayan “Rubin”in ilk Avstriya toplanışı iyunun 23-dək davam edəcək. Həmin vaxt Kazan təmsilçisi iyunun 14-ü, 18-i və 22-də yoxlama oyunları keçirəcək. Son 2 komandanın Miyava “Spartak”ı (Slovakiya) və “Styaua” (Rumıniya) olacağı gözlənilir.