“Rəvan” yerli futbolçu ilə gücləndi
10.06.2013 - 16:51
“Rəvan” daha bir futbolçunun transferini həll edib. Apasport.az saytının məlumatına görə, paytaxt klubu Bəxtiyar Soltanovla anlaşıb.
23 yaşlı oyunçu ilə bu gün 2 illik müqavilə bağlanılıb. “Qarabağ” məxsus olduğu futbolçusunu mövsümün əvvəlində “Kəpəz”ə, daha sonra son 6 ay üçün “Simurq”a icarəyə vermişdi. Bəxtiyar “Rəvan”a sərbəst futbolçu kimi keçib.
Qeyd edək ki, bu, “Rəvan”ın 4-cü yerli oyunçu transferidir. “Uçan aslanlar” Soltanova qədər Elvin Həsənəliyev, Fuad Əhmədov və Ceyhun Cavadovla müqavilə bağlamışdı.

0
0