Mourinyo “Çelsi”də uzun müddətli qalmaq istəyir
10.06.2013 - 19:40
Mourinyo “Çelsi”də uzun müddətli qalmaq istəyir
“Çelsi”nin yeni baş məşqçisi Joze Mourinyo postuna qayıdışdan sonra ilk mətbuat konfransını keçirib. Apasport.az saytının məlumatına görə, London klubu ilə 4 illik müqavilə imzalamış portuqaliyalı mütəxəssis bu müddət ərzində komandada qalmaq niyyətindədir.

Mourinyo “Barselona”nın yarımmüdafiəçisi Andres İnyestanın onunla bağlı fikirlərini də şərh edib: “Mən burada müqaviləmin son gününə qədər qalmağa ümid edirəm. Əgər klub mənin qalmağımı istəyəcəksə, onda “Çelsi”nin “sükanı arxası”nda çox olmağa xoşbəxt olacağam. İnyestanın sözlərinə gəldikdə, əgər mən İspaniya futboluna ziyan vurdumsa, niyə “Barsa”nın liderliyinə son qoyuldu?”

Qeyd edək ki, ötən gün İnyesta bildirmişdir ki, Mourinyo İspaniya futboluna xeyir əvəzinə, ziyan vurdu.