Namibiya millisinin baş məşqçisi təhdid edildiyi üçün istefa verdi
10.06.2013 - 20:15
Namibiya milli komandasının baş məşqçisi Rocer Palmqren istefa verib. Apasport.az saytının məlumatına görə, buna isveçli mütəxəssisin özünə və ailəsinə təhdidlər edilməsi səbəb olub.
Sözügedən ölkənin futbol federasiyasından bildirilib ki, mayın 2-də komandanın “sükanı arxası”na gətirilən çalışdırıcı təhdidlər edildiyinə görə, istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Namibiya 50 yaşlı mütəxəssislə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində 2 oyuna çıxıb və məğlubiyyət acısı yaşamayıb. Syerra-Leone və Ruanda ilə baş tutan hər iki oyun 0:0 hesablı bərabərliklə başa çatıb.

0
0