Bakıda meydana çıxan futbolçu komandasında qalır
10.06.2013 - 20:51
Bakıda meydana çıxan futbolçu komandasında qalır
“İnter”in yarımmüdafiəçisi Freddi Quarin komandasını tərk etməyəcək. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu onun Milan klubuna yeni baş məşqçi Valter Massarrininin təyin edilməsindən sonra ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Kolumbiyalı oyunçu bunları təkzib edib: “Mən “İnter”də qalacağam. Heç bir yerə getmirəm. Hələ burada öyrənəsi çox şey var. Mən Milanda tarixi yaratmaq niyyətindəyəm”.

Qeyd edək ki, Quarin 2012-ci ilin yanvarında “Porto”dan “İnter”ə keçib. O, Avropa Liqasının qrup mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Neftçi” ilə oyunda meydana start heyətdə çıxıb. Oktyabrın 4-də baş tutan matçda “İnter” 1:3 hesabı ilə qələbə qazanıb.