Paraqvay millisinin baş məşqçisi tutduğu postu tərk etdi
10.06.2013 - 21:09
Paraqvay millisinin baş məşqçisi tutduğu postu tərk etdi
Paraqvay yığması başsız qalıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Xerardo Pelusso tutduğu postu tərk edib.

Buna isə uruqvaylı çalışdırıcının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində uğursuz çıxış etməsi səbəb olub. Belə ki, Paraqvay millisi Braziliyada təşkil ediləcək mundiala vəsiqə qazanmaq şanlarını itirib. Onlar Cənubi Amerika zonasının seçmə mərhələsində 12 matçdan yalnız 8 xal yığıb və qrupda son pilləni tutur.

Qeyd edək ki, Pelusso ötən ilin iyulunda Fransisko Arseni əvəz etmişdi.