“Stok Siti”nin qapıçısı ölkəsində ən yaxşı futbolçu seçildi
10.06.2013 - 21:40
“Stok Siti”nin qapıçısı ölkəsində ən yaxşı futbolçu seçildi
Bosniya və Herseqovinanın ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu, “Stok Siti”nin qapısını qoruyan Asmir Beqoviçdir.

25 yaşlı qolkiper bu mükafat uğrunda “Mançester Siti”nin hücumçusu Edin Dzekonu qabaqlayıb. Digər yerləri isə “Ştutqart”ın forvardı Vedad İbişeviç, “Hoffenhaym”ın yarımmüdafiəçisi Seyad Salihoviç, “Latsio”nun futbolçusu Senad Luliç və “Roma”nın oyunçusu Miralem Pyaniç tutur.

İlin ən yaxşı məşqçisi isə hazırda milli komandanı çalışdıran Safet Suşiç layiq görülüb.