Riberi Bundesliqanın ən yaxşı futbolçusu oldu
10.06.2013 - 22:38
Riberi Bundesliqanın ən yaxşı futbolçusu oldu
Almaniyanın “Kicker” nəşri Bundesliqanın 2012/13 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, aparılan sorğuda “Bavariya”nın yarımmüdafiəçisi Frank Riberi bütün rəqiblərini qabaqlayaraq birinci olub.

2017-ci ilə qədər Münhen klubu ilə yenidən müqavilə imzalayan fransalı oyunçu 29 faiz səs toplayıb.

İkinci yerə isə Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovskisi layiq görülüb. Polşa milli komandasının üzvünə 17,3 faiz səs veriblər. “Bavariya”nın digər yarımmüdafiəçisi Bastian Şvaynştayqer isə 12,4 faizlə 3-cü yerə çıxıb.

Ən yaxşı qapıçı yenə Almaniya çempionundan seçilib. Bu, Manuel Noyerdir (23,2). İkinci Roman Vaydenfeller (Dortmund “Borussiya”sı), üçüncü isə Rene Adler (“Hamburq”) olub.

Qeyd edək ki, Riberi Bundesliqada 10 top vurub və 15 qolun da ötürməsini verib.